Ombudsmanın nümayəndəsi BMT tərəfindən təşkil edilmiş konfransda iştirak edib

Ombudsmanın nümayəndəsi BMT tərəfindən təşkil edilmiş konfransda iştirak edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşəbbüsü ilə “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans keçirilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, səfir Elçin Əmirbəyov, BMT-nin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin və digər qurumların nümayəndələrinin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova da iştirak edib.

Ombudsman Aparatının əməkdaşı konfransda çıxış edərək, qadınların hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Çıxış zamanı Ombudsman tərəfindən gender bərabərliyi sahəsində mövcud olan stereotiplərin aradan qaldırılması və qadınların ictimai həyatdakı mövqeyinin gücləndirilməsinə xüsusi diqqət yetirildiyi qeyd olunub.