Son dəqiqə

Bunu bilirsinizmi?

Süni dadlandırıcılar olan qidalar depressiyaya səbəb olur

Bakı,TurkicWorld

Aparılan araşdırmaya görə, tərkibində süni dadlandırıcı ilə emal olunmuş qidalar depressiyaya səbəb olur.

Xüsusilə tərkibində süni dadlandırıcılar olan qablaşdırılmış məhsullar fiziki sağlamlığa zərər vurmaqla yanaşı, depressiyaya səbəb olur.

Yeni araşdırmaya görə, süni dadlandırıcıların insanın sinir sisteminə təsir etdiyi və mənfi psixi nəticələrə səbəb olduğu qeyd edilib.

Alimlər bildirirlər ki, xüsusilə yüksək işlənmiş qidalar depressiya hallarını sürətlə artırır və insanların sağlamlığı üçün təhlükə yaradır.

Harvard tədqiqatçıları peçenye və şokoladlı konfet kimi qənnadı məmulatları, pizza və əriştə kimi qablaşdırılmış hazır qidaları, tərkibində şəkər, yağ, ketçup və mayonez kimi süni əlavələr olan qidaları insan sağlamlığı üçün təhlükəli hesab edirlər.

Araşdırmanın nəticələrinə görə, pəhrizlərində bu cür süni dadlandırıcılara və süni şirinləşdirilmiş içkilərə üstünlük verən insanlarda depressiya hallarına daha çox rast gəlindiyi və ya bu insanların depressiyaya meylli olduğu müəyyən edilib.

Mövzuya görə xəbərlər