Son dəqiqə

Azərbaycan Ermənistan Tofiq Abbasov

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün Konstitusiyasını dəyişməlidir - Elbay Qasımzadə

Bakı, TurkicWorld

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

TurkicWorld xəbər verir ki, verilişin qonağı Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə olub.

"Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir. Ola bilsin, bu, istədiyimiz qədər sürətli, vaxtın və şəraitin tələb etdiyi kimi getmir", - o, bildirib.

Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının olduğunu qeyd edən E.Qasımzadə, sülh sazişinin imzalanması üçün Ermənistanın Konstitusiyasını dəyişdirməsinin zəruriliyini vurğulayıb.

"Biz yaradıcı işlərlə məşğul olmağa davam edirik. Biz həmin 30 il ərzində də imkanımız olan ərazilərdə yaradıcılıq işləri ilə məşğul olmuşuq. Azərbaycanın böyük bir ərazisində eyni vaxtda bərpa işləri aparılır. Dünyada belə geniş bir ərazidə eyni anda bir neçə şəhər, kənd, yol və mühəndis kommunikasiyalarının tikildiyi başqa bir yer bilmirəm", - E.Qasımzadə, əlavə edib.

Oxucuların diqqətinə verilişin tam buraxılışını təqdim edirik:

Mövzuya görə xəbərlər