Bişkek., TurkicWorld
Qırğızıstan Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Tərəflərin sülh sazişinin bağlanması istiqamətində göstərdikləri səylərə dəstək ifadə edirik. Bu səylər Azərbaycan və Ermənista arasındakı münasibətlərdə tarixi bir hadisəyə çevrilməlidir. Qırğızıstan Respublikası Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır və bununla əlaqədar Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - bəyanatda deyilir.






