Son dəqiqə

Quba

Qubada bədii gimnastika üzrə "Grace of Nature" turniri davam edir

Quba, TurkicWorld

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turniri üçüncü gününə davam edir.

TurkicWorld-in məlumatına görə, 3 gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq.

Yarışda 26 klubdan 255 idmançı iştirak edir.

Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış edəcəklər.

Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature" turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və təcrübə qazanmaq üçün əla fürsət yaradır.

Qeyd edək ki, "Grace of Nature" turnirinə bu gün yekun vurulacaq.

Mövzuya görə xəbərlər