Son dəqiqə

Sabah basketbol klubu

"Sabah" Çempionlar Liqasında ilk rəqibi ilə görüşəcək

Bakı, TurkicWorld

Bu gün Azərbaycan çempionu "Sabah" FİBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa start verəcək.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, çempionumuzun rəqibi İsveçin "Norçepinq Dolfins" klubu olacaq.

Qarşılaşma Türkiyənin Antalya şəhərində, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah" - "Norçepinq Dolfins" cütünün qalibi sentyabrın 19-da keçiriləcək yarımfinalda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.

Mövzuya görə xəbərlər