Son dəqiqə

Azərbaycan Basketbol Sabah basketbol klubu

Avropa kuboku: "Sabah" “Baxçaşəhər Kolleci” ilə mübarizə aparacaq

Bakı. TurkicWorld:

Bu gün FİBA Avropa kubokunda II turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, tur çərçivəsində Azərbaycanın "Sabah" basketbol klubu Türkiyənin “Baxçaşəhər Kolleci” komandasını qəbul edəcək.

“Sərhədçi” İdman Kompleksində təşkil olunacaq görüşdə ölkə çempionu ilk qələbəsini qazanmağa çalışacaq.

Qeyd edək ki, “Sabah” ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə məğlub olub. “Baxçaşəhər Kolleci” isə evdə “Nimburk” (Çexiya) 88:89 hesabı ilə uduzub.

FİBA Avropa kuboku
D qrupu
II tur
25 oktyabr
19:00. “Sabah” (Azərbaycan) – “Baxçaşəhər Kolleci” (Türkiyə)

“Sərhədçi” İdman Kompleksi

Mövzuya görə xəbərlər