Son dəqiqə

Azərbaycan Sabah basketbol klubu

“Sabah”ın idman direktoru: “Məqsədimiz yerli oyunçuları yetişdirməkdir”

Bakı. TurkicWorld:

“Artıq diqqətimizi “Baxçaşəhər Kolleci” ilə oyuna yönəltmişik”.

Bunu İdman.biz saytına müsahibəsində “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov deyib.

Azərbaycan çempionu FİBA Avropa kubokunda növbəti oyununu “Bağçaşəhər Kolleci”nə qarşı keçirəcək. Yusubov bildirib ki, ölkə çempionatının hesabat turunda “Xırdalan”a qarşı matçda əsas məqsədləri ikinci heyətimizi yoxlamaq olub: “Oyunun əvvəlində ilk “beşlik”də Endər Poladxanlı və Şirzad Şirzadov yer alırdı. Şirzad xal qazmasa da, ribaund və asistləri ilə seçilirdi. Onlar “Xırdalan”a qarşı matçda Avroliqada olan təcrübələrini kifayət qədər göstərdilər. Məhz məqsədimiz yerli oyunçuları yetişdirməkdir. Bu mənada da Azərbaycan Basketbol Liqasında daha çox yerlilərə yer veririk. Rüstəm Əliyevlə Fuad Niftəliyev də “Xırdalan”a qarşı oyunda meydanda oldular. İlk hissədə daha çox əsas basketbolçularla çıxış etdiyimiz üçün fərq artmışdı. Daha sonra qarşıdakı matçla bağlı məşqçi ikinci heyəti meydana buraxdı və fərq bir qədər azaldı. Buna baxmayaraq, 2-ci heyətimiz də özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə onlara daha çox oyun şansı veriləcək”.

Funksionerin sözlərinə görə, “Xırdalan” ilə oyunda ehtiyatda qalan Donovan Smit, Korin Henri və Pavle Martinkoviç qarşıdakı oyuna daha yaxşı hazır olacaq: “Onlar “Xırdalan”la qarşılaşmada “Baxçaşəhər Kolleci”nə qarşı daha yaxşı oynamaq üçün istirahət etdilər. Bu addım həmin basketbolçuların Türkiyə klubu ilə matça daha yaxşı hazırlaşması üçün atıldı. Zəfər Günündə “Mornar”la qələbədən sonra komandada əhval-ruhiyyə çox yüksəkdir. İstanbuldakı görüşə çox yaxşı hazırlaşırıq. Güclü rəqibə qarşı yaxşı oyun sərgiləməyi qarşımıza məqsəd qoymuşuq”.

Qeyd edək ki, “Sabah” Azərbaycan Basketbol Liqasının III turunda “Xırdalan”ı 99:87 hesabı ilə qalib gəlib.

Emin Ağa

İdman.biz

Mövzuya görə xəbərlər