Bakı,TurkicWorld
Azərbaycan çempionu Qarabağ UEFA Avropa Liqasının ilk oyununda London təmsilçisi Tottenham ilə qarşılaşacaq.
TurkicWorld xəbər verir ki, UEFA Avropa Liqasında görüşlərin vaxtı təyin olub.
Qarabağ ilk görüşünü 26 sentyabrda Tottenham-a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, Qarabağın qarşılaşacağı rəqiblərin siyahısı aşağıdakı kimidir:
26 sentyabr Tottenham – Qarabağ FK
3 oktyabr Qarabağ FK – Malmö
24 oktyabr Qarabağ FK – Ajax
7 noyabr FK Bodo/Glimt – Qarabağ FK
28 noyabr Qarabağ FK – Olimpik Lyon
12 dekabr Elfsborq – Qarabağ FK
23 yanvar Qarabağ FK – FCSB
30 yanvar Olimpiakos – Qarabağ FK