Son dəqiqə

Avstraliya

Avstraliyalı şirkət rəhbəri işçilərinin bir dəqiqə də boş qalmasını istəmir

Bakı,TurkicWorld

Avstraliyanın Mineral Resources mədən şirkətinin baş icraçı direktoru Kris Ellison şirkət işçilərin ofisdən çıxmasının, hətta qəhvə içməyə belə getmələrinin qarşısını almaq üçün planlarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Ellisonun açıqlamaları sosial mediada böyük reaksiyalara səbəb olub.

“İşçilərimizin binanı tərk etməsini istəmirəm. Onların qəhvə və nahara çıxmasını istəmirəm. Baş ofis onların işləməyi sevdiyi yer olmalıdır”,- deyə Ellison bildirib.

Mineral Resources, işçilərini daha uzun müddət işdə saxlamaq üçün Qərbi Avstraliyanın Perth şəhərindəki baş qərargahında bir sıra imkanlar təklif edir.

Təxminən 5,600 işçisi olan Mineral Resurslar, dörd günlük iş həftəsi kimi daha yeni iş modellərini qəbul edən şirkətlərə də qarşı çıxır.

“Mənim evdən iş siyasətim yoxdur, arzu edirəm ki, hər kəs bu siyasəti qəbul etsin. Həftədə üç gün işləyən və həftənin dörd-beş günü maaş alan insanlar yoxdur”,- deyə o vurğulayıb.

Digər tərəfdən, Böyük Britaniya, Almaniya, Fransa və Portuqaliya kimi ölkələr işəgötürənlərin iş saatları xaricində işçilərlə təmaslarını məhdudlaşdıran daha sərt qanunlar tətbiq edərkən, İngiltərə dörd günlük iş həftəsini sınaqdan keçirmişdir.

Mövzuya görə xəbərlər