Son dəqiqə

Paris-2024 Yay Olimpiya Oyunları

Fransa məhkəmələri Olimpiada ilə bağlı 181 işə baxıb

Bakı, TurkicWorld

Fransa məhkəmələri iyulun 24-dən avqustun 9-dək Olimpiada ilə bağlı 181 işə baxıb.

TurkicWorld -in məlumatına görə, bu barədə BFM TV Fransanın Ədliyyə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Baxılmış işlərin 174-də cinayət tərkibi müəyyən edilib, 7 işə xitam verilib. İşlərin 46 faizi zor tətbiq etmə, 40 faizə qədəri isə maliyyə hüquqpozmaları ilə bağlı olub. 130 halda həbs qətimkan tədbiri seçilib. Qanun pozuntularının əksəriyyəti Parisdə baş verib.

Mövzuya görə xəbərlər