Son dəqiqə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Firdovsi Əliyev

30 min hektar meşə ərazisinin minalardan təmizlənməsi nəzərdə tutulur

2022-2026-cı illərdə 30 min hektar meşə ərazisinin minalardan təmizlənməsi nəzərdə tutulur.

TurkicWorld-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, həmin ərazilər meşə əraziləridir.

"İşğaldan azad olunmuş Cəbrayıl rayonunda 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq. Bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir" - F.Əliyev deyib.

Mövzuya görə xəbərlər