Bakı, TurkicWorld:
Avropa İttifaqı administrasiyasının qərarı ilə Şengen vizası üçün rüsum 12 faiz artaraq 90 avroya çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat verib.
Yeni qiymətlər iyunun 11-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Şengen vizası rüsumları hər üç ildən bir artır.
Bundan əlavə, 2023-cü il üçün viza müraciətləri 2022-ci illə müqayisədə 36 faiz artıb.