Ötən həftə azad olunan ərazilərdən 38 mina aşkarlanıb

Ötən həftə azad olunan ərazilərdən 38 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan TurkicWorld-a bildirilib ki, dekabrın 6-dan 11-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 9 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 262 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 78,3 hektar ərazi mina və PHS-lardan təmizlənib.