İki fərqli uğursuzluğa verilən eyni ad “Doğru vəd əməliyyatı”

İki fərqli uğursuzluğa verilən eyni ad “Doğru vəd əməliyyatı”

Bakı, TurkicWorld

İran tərəfindən maliyyələşdirilən və ya İran rejiminə yaxınlığı ilə tanınan xəbər agentlikləri İsrail mətbuatından seçilmiş yüzlərlə məqalə ilə doludur.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, məqsəd oxucuları məlumatlandırmaq deyil. Əksinə “dediklərinlə səni mühakimə edəcəyəm” prinsipi ilə İsraili olduqca zəif, kövrək gəstərmək və İranı ucaltmaqla yanaşı, “müqavimət oxunun” argumentlərini güclndirməkdir.

Ancaq İran mediasının və eləcə də “xüms” pulu ilə maliyələşdirilən digər iranyönlü media qurumlarının bu yanaşması ən azından oxucu kütləsinə qarşı hörmətsizlikdir ki, bu da İran üçün olduqca normal bir vəziyyətdir.

Təbii ki İsrail mediasında da bənzər halla mövcuddur lakin, İran mediasında fərqli olaraq, yanaşma bir çox hallarda faha fərqlidir.

İsrail mediasında “Düşmənin zəif yerlərini işfa edən” məqalələrlə yanaşı, düşmənin güclü tərəfləri haqqında yazılan məqalələri də görmək olar.

İran İslam İnqilabının başlanmasından bu günə kimi İran mediasında və elcə də ətraf ölkələrdəki “xüms pulu” ilə maliyyələşdirilən media qurumlarda “ŞANLI QƏLƏBƏ” haqqında yazılardan başqa ən azı özünütənqid haqında heç bir yazı tapa bilməyəcəksiniz.

Bəli İran mediası və bu mediadan qidalanan strukturlar “Qüsürsuz bir İran” propoqandası etməyə davam edirlər.

İranın aprelin 13-də İsrailə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücumundan sonra media manipulyasiyası üçün məkan daralsa da, “müqavimət oxu” bu uğursuzluğu görmək belə istəmir.

Müqavimət oxuna yaxın media qurumları, İsraildə yüzlərlə analiz arasından Yediot Ahronotu seçdi və

“İran birbaşa münaqişəyə girmək üçün kifayət qədər hərbi cəhətdən gücləndiyinə əmindir” adlıə analitik təhlili tirajladılar.

İranın şəksiz olaraq qalib gələcəyini “İman” məsəkəsi edən qruplar PUA-ların və ballistik raketlərin trayektoriyasını və haraların “ vurulduğunu” və kimlərin “öldüyünü” də gördülər.

İranən İsrailə hücümu nəticəsində Nəcəfdə balaca ərəb bədəvi qızı yaralandı, İsraildə Nevatim aviabazasına isə cüzi ziyan dəydi.

Lakin bütün bu maskarad İran prezidenti İbrahim Rəisinin “ İran Qəzzadakı hərəkətlərinə görə İsraili ” Doğru vəd əməliyyatı ” adlı hücüm əməliyyatı ilə, cəzalandırdı” deməsinə əsla mane olmadı.

Gələk zavallı Livana…

2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Hizbullah üzvlərinin Livanın cənubundakı Litani çayının o biri sahilində qalmalarını şərtləndirən 1701 saylı qətnaməsi ilə sona çatan Hizbullahın başçılıq etdiyi iyul müharibəsi də “Doğru vəd əməliyyatı” adlanırdı.

İranın bölgədəki proksi qüvvəsi olan Hizbullahın 18 il əvvəl istifadə etdiyi “Doğru vəd əməliyyatı” adını yenidən istifadə etməsi, Tehranın ad seçməkdə problemindən qaynaqlanmır. Əksinə Tehran bu addımla güyü hər iki, əməliyyatın “Şanlı Zəfər” olduğunu çatdırmaq istəyindən qaynaqlanır.

İran hər iki əməliyyatda eyni adı istifadə edərək, bunu “Şanlı Zəfər” kimi təqdim etməyə çalışsa da hər iki əməliyyatın uğursuzluq baxımından eyn i olmasını gizlətmək mümükün deyil.

Qeyd edək ki, 2006-cı ildə Livanda Hizbullah İsrailin cəmi beş əsgərini öldürə bilmişdi. Hətta Hizbullahın baş katibi Həsən Nəsrullah etiraf etmişdi ki, onlar iyul müharibəsindən sonra İsrailin beş əsgərinin öldürülməsinə BMT-nin bu qədər şiddətli reaksiya verəcəyini gözləmirdilər.