Ayda əkinçilik mümkün olacaq – NASA

Ayda əkinçilik mümkün olacaq – NASA

Bakı, TurkicWorld:

NASA-nın növbəti hədəfi Ayda əkinçilik edə bilmək olacaq.

TurkicWorld xəbər verir ki, inkişaf edən texnoloji amillərdən sonra NASA qarşıdakı illərdə Ayda daimi həyatı təmin etmək üçün əlavə addımlar atmağa hazırlaşır.

NASA astronavtlarının Ayın səthində bitki yetişdirmək və zəlzələləri izləmək üçün Aya avadanlıq aparması planlaşdırılır.

Astronavtlar Ay səthində daimi baza yaratmaq üçün araşdırmalara başlayacaq və üç avadanlığı özləri ilə aparacaqlar.