Türkiyədə "NASA bazası" qurulacaq

Türkiyədə "NASA bazası" qurulacaq

Bakı. TurkicWorld:

Türkiyənin Hakkari vilayətində "NASA bazası" qurulacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə 10 ildir çalışdığı NASA-dan ayrılacağını açıqlayan astrofizik Umut Yıldız danışıb.

"Türkiyədə böyüyən kosmos sektoruna töhfə vermək üçün Hakkaridə elm mərkəzi açacağıq. Bu inkişafa daha çox töhfə vermək istədim və buna görə də NASA-dakı 10 illik işimi tərk etmək qərarına gəldim. Bilirəm ki, xüsusilə bəzi şəhərlərdə elm mərkəzləri yoxdur. Bu elm mərkəzlərinin yaradılması üçün əlimdən gələni etmək istəyirəm. İlk növbədə Hakkaridə elm mərkəzinin yaradılması üçün infrastruktur işləri var. Bir il içində bu işləri başa çatdıracağam",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_