İstanbulda italyan kilsəsinə hücumla bağlı 17 İŞİD şübhəlisi yaxalanıb

İstanbulda italyan kilsəsinə hücumla bağlı 17 İŞİD şübhəlisi yaxalanıb

Bakı. TurkicWorld:

İstanbulda Santa Mariya kilsəsinə edilən hücumla əlaqəli terror təşkilatı İŞİD üzvü olan 17 şübhəli yaxalanıb.

TurkicWorld-un məlumatına görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının apardığı araşdırmalar nəticəsində Əfqanıstanda terror təşkilatı olan İŞİD-in Türkiyəyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilib və Santa Maria italyan kilsəsinə edilən hücum təsbit edilib.

Hücumun failləri və sözügedən hücumla əlaqəsi olduğu düşünülən şübhəlilər müəyyən edilib.

İstanbulda şübhəlilərin tutulması üçün həyata keçirilən əməliyyatlar zamanı 17 nəfər yaxalanıb və bir çox təşkilati sənədlər ələ keçirilib.

Qeyd edək ki, MİT-in apardığı işlər nəticəsində 2023-cü ilin dekabr ayında İŞİD-in Türkiyədəki sinaqoq və kilsələrə, eləcə də İraq səfirliyinə qarşı fəaliyyət planlarının qarşısı alınıb, çoxlu sayda şübhəli və təşkilata aid rəqəmsal materiallar ələ keçirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_