İstanbulda torpaq sürüşməsi baş verib

İstanbulda torpaq sürüşməsi baş verib

Bakı. TurkicWorld:

İstanbulun Qaziosmanpaşada rayonunda torpaq sürüşməsi baş verib.

TurkicWorld xəbər verir ki, hadisə zamanı 14 ev zərər çəkib, 70 nəfər təxliyə edilib.

Hadisə yerinə çoxlu AFAD qrupu cəlb edilib.

Qeyd edilib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Hafiz Rufizoğlu