İsrail-Fələstin münaqişəsinin bu həddə gəlib çatmasında Qərb dövlətləri məsuliyyət daşıyır – Rufiz Hafizoğlu

İsrail-Fələstin münaqişəsinin bu həddə gəlib çatmasında Qərb dövlətləri məsuliyyət daşıyır – Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

İsrail-Fələstin münaqişəsinin bu həddə gəlib çatmasında Qərb dövlətləri məsuliyyət daşıyır.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

“Üç aya yaxın müddətdir davam edən münaqişədə 23 mindən çox insan həyatını itirib. Münaqişə ilə bağlı ABŞ və digər dövlətlərin çağırışları isə heç bir nəticə verməyəcək, çünki İsrai bölgədə öz məqsədlərini həyata keçirməkdə qərarlıdır. Bu baxımdan, Qərb dövlətləri münaqişəni dayandırmaq iqtidarında deyil”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, İsrail Ordusu bu gün Qəzzada hərbi əməliyyatlar keçirir, lakin bu əməliyyatların geniş anlamda bir nəticəsi yoxdur.

"Digər tərəfdən, münaqişənin daha da uzanması ilə İsrail daxilində siyasi böhranların yaranması gözlənilir”, – deyə R.Hafizoğlu vurğulayıb.

X: Lamanasadli01