Türk Dünyası (turkic.world) layihəsinin İstanbulda müzakirəsi böyük coşqu ilə qarşılanıb - “Albayrak Media Group”un təmsilçisi

Türk Dünyası (turkic.world) layihəsinin İstanbulda müzakirəsi böyük coşqu ilə qarşılanıb - “Albayrak Media Group”un təmsilçisi

Bu günlərdə İstanbulda keçirilən Türk Şurasının Media forumunda panel çıxışları zamanı Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”unun təşəbbüsü ilə reallaşan və türkdilli ölkələrin xəbərlərini yayımlayan ilk media platforması - "Türk Dünyası" (turkic.world) layihəsi müzakirə olunub.

Qeyd edək ki, layihənin forumdakı təqdimatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti və təşkilatçılığı ilə reallaşıb. “Albayrak Media Group”un təmsilçisi Samir Babaoğlu forumda təqdimat və müzakirələr zamanı layihəyə olan böyük diqqət, türkdilli ölkələrin digər media qurumlarının layihə ilə bağlı yaxından maraqlanması və digər vacib məqamlarla bağlı Trend-ə açıqlama verib.

O, bildirib ki, "Türk Dünyası" (www.turkic.world) layihəsinin forumda təqdim edilməsi böyük coşqu ilə qarşılanıb. Samir Babaoğlu həmçinin layihəyə yeni media qurumlarının cəlb edilməsi istiqamətində atılan addımlar, bu istiqamətdə aparılan danışıqlarla bağlı təfərrüatları açıqlayıb, gələcək hədəfləri diqqətə çatdırıb. Videomüsahibəni təqdim edirik: