Bakı. TurkicWorld:
Okeanların məhv edilməsinə qarşı mübarizəni gücləndirməliyik.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında fransız okean mütəxəssisi və kəşfiyyatçısı Aleksandra Kusto deyib.
"Növbəti onillik vahid qlobal okeanımızın gələcəyini təyin edəcək. İndi subyektiv fikirlərimizi kənara qoymalı və yenilikçi həlləri qəbul etməliyik. Mikroplastiklər yediyimiz balıqlarda və hətta istifadə etdiyimiz dəniz duzunda da var. Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər okeanlar faciəvi dərəcədə yox olacaq. Araşdırmalara görə, okeanlarda dünyanın təxminən 70 faizini əhatə edən 171 trilyondan çox plastik parça var. Alimlər xəbərdarlıq edirlər ki, okeanlarda plastikin sıxlığı ilə bağlı heç bir tədbir görülməsə, 2040-cı ilə qədər tullantılar təxminən üç dəfə arta bilər",- deyə Kusto bildirib.
Qeyd edək ki, Türkiyədə, bölgənin ən böyük innovasiya toplantısı olan və Türkiyə İxracatçılar Məclisinin (TİM) koordinasiyasında təşkil edilən Türkiyə İnnovasiya Həftəsi (TİW) keçrilir.
Aytac Süleymanova
Twitter: a_alieva_







