Son dəqiqə

Fələstin İsrail Rufiz Hafizoğlu Qəzza HƏMAS

İsrail-Fələstin münaqişəsində Qərbin ikili standartlarının şahidi oluruq – Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

İsrail-Fələstin münaqişəsində Qərbin ikili standartlarının şahidi oluruq.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu BAKU TV-ə açıqlamasında deyib.

R.Hafizoğlu onu da vurğulayıb ki, Türkiyə Fələstinə Ərəb dövlətlərindən gözlədiyimizdən daha çox dəstək oldu.

“İlk mərhələdə Türkiyə İsrail-Fələstin məsələsində tərəfləri təmkinli davranmağa dəvət etsə də sonrakı mərhələdə prezident Rəcəb Tayyib Ərdoğan hətta Ərəb dövlətlərinin göstərmədiyi qədər daha sərt mövqe sərgilədi”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, İsrail HƏMAS-ı məğlub etsə belə, Qəzzada hakimiyyəti ələ ala bilməsi mümkün deyil.

“İsrail Qəzza zolağından zorla əhalini çıxardıqdan sonra hərbi əməliyyatlar başladaraq beynəlxalq güclərdən ibarət gücləri gətirməyi planlayır. Lakin Qəzzada HƏMAS-ın tam məhvi mümkün deyil”, – deyə R.Hafizoğlu əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər