Dünyada sağalmaz viruslara qarşı ilk peyvənd təsdiqlənib

Dünyada sağalmaz viruslara qarşı ilk peyvənd təsdiqlənib

Bakı. TurkicWorld:

ABŞ-da Qida və Dərman İdarəsi (FDA) çikungunya virusuna qarşı dünyada ilk peyvəndi təsdiqləyib.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, peyvənd əsasən ağcaqanad sancması ilə keçən viruslara qarşı hazırlanıb. Ağcaqanadların geniş yayıldığı Afrikanın, Cənub-Şərqi Asiyanın tropik və subtropik bölgələrinin, eləcə də Amerikanın və bir sıra regionların sakinləri ona yoluxma riski ilə daha çox üzləşirlər. Lakin bu xəstəliyə yeni coğrafi bölgələrdə rast gəlmək olar.

Son 15 il ərzində ən azı 5 milyon çikungunya infeksiyası qeydə alınıb. İnfeksiya riski yüksək olan 18 yaşdan yuxarı insanların peyvənd edilməsi üçün artıq təsdiq edilib. Peyvənd əzələyə bir dəfə vurulacaq.

Dərman virusun zəifləmiş bir versiyasını ehtiva edir və xəstəlik zamanı baş verən qızdırmaya bənzər simptomlara səbəb ola bilər.