Son dəqiqə

ABŞ Latın Amerika Donald Tramp

ABŞ ordusu narkokartellərə qarşı quru əməliyyatlarına başlayacaq - Tramp

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu Latın Amerikası narkotik kartellərinə qarşı quru əməliyyatlarını həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib.

Prezident dəniz nəqliyyatı vasitəsilə ABŞ-a narkotik qaçaqmalçılığının 94% azaldığını göstərən məlumatları paylaşaraq deyib: "Biz onlara quruda hücum etməyə başlayacağıq ki, bu, açığı, daha asandır. Lakin onlar Amerika Birləşmiş Ştatları üçün birbaşa hərbi təhlükə yaradırlar. Onlar ölkəmizi narkotiklərlə doldurmağa çalışırlar".

Mövzuya görə xəbərlər