Son dəqiqə

Psixologiya

Psixologiyada psixoloji manipulyasiya "gaslighting" nədir?

Bakı. TurkicWorld:

Psixoloji manipulyasiya "gaslighting" nədir?

Psixoloji manipulyasiya, müəyyən strategiyalardan istifadə etməklə digər şəxsin davranışını və ya qavrayışını şüurlu və ya şüursuz şəkildə yanlış yönləndirməyə və ya dəyişdirməyə yönəlmiş sosial təsir növü kimi qəbul edilir.

Gaslighting anlayışı ilk dəfə 1938-ci ildə İngilis yazıçısı Patrick Hamilton tərəfindən yazılmış "Qaz işığı" pyesi ilə ortaya çıxıb.

Daha sonra əsərin 1940-cı ildə İngiltərədə, 1944-cü ildə Amerikada çəkilmiş film versiyaları cəmiyyətə böyük təsir bağışlayıb.

Hekayədə həyat yoldaşının xəbəri olmadan hər gün kerosin lampasının işığını tədricən azaldan manipulyatorun bunu gizlətmək və həyat yoldaşını dəli olduğuna inandırmaq üçün etdiyi psixoloji manipulyasiyaların nəticəsində zaman keşdikcə həyat yoldaşının reallığı qavrayışının pisləşməsindən və özünə şübhə etməsindən bəhs edir.

Gaslighting, xüsusən də öz maraqları üçün manipulyasiya yolu ilə aldatma və ya yanıltma davranışı olaraq təyin edilə bilər.

Edilən manipulasiyalar nəticəsində qurban öz düşüncələrini, reallıq qavrayışını və psixi sağlamlığını şübhə altına almağa başlayır və nəticədə insanın özünə inamı, özünə hörməti zamanla zədələnir.

Emosional manipulyasiyalar insanın öz yaddaşını və psixi sağlamlığını şübhə altına almasına səbəb olur.

Gerçəklik qavrayışlarının pisləşməsi ilə xatirələrini şübhə altına almağa başlayan bu insanlar, yaşadıqlarını inkar edə və qarşıdakı insanın gerçəkliyini qəbul etməyə meylli ola bilərlər.

Zərərçəkənlər zamanla çaşqınlıq və özlərinə şübhə yaşadıqları üçün həmin insanlara daha çox ehtiyac duymağa başlayırlar.

Gaslighting-in əsas məqsədlərindən biri digər şəxsi öz nəzarəti altında saxlamaqdır. Ümumiyyətlə qohumlar və yaxınlar tərəfindən tətbiq olunduğu bilinən gaslighting insanların hisslərinin qiymətləndirilməməsinə səbəb olur.

Öz psixi sağlamlıqlarını, duyğularını və zəkalarını şübhə altına almağa başlayan bu insanlar özlərini çox mənfi, günahkar, qeyri-kafi və ya qüsurlu hiss edə bilərlər.

İnsan niyə gaslighting edir?

Psixoloji zorakılıq da fiziki zorakılıq kimi insanlara böyük ziyan vurur və bu davranışların səbəblərindən asılı olmayaraq bilərəkdən edilməsi yolverilməzdir.

Gaslighting, məsuliyyəti üzərinə götürmək istəməyən insanların diqqəti özlərindən uzaqlaşdırmaq üçün etdikləri davranışlardan biri və ya insanların özlərini 'təhlükəsiz' saxlamaq üçün zamanla inkişaf etdirdikləri bir mübarizə mexanizminə çevrilmiş ola bilər.

Bununla yanaşı gaslighting bəzən səhv etmənin heç vaxt qəbuledilməz olduğu etibarsız mühitlərdə böyüyən və travmatik həyat hekayələri olan insanların həyatda qalma mexanizmi kimi öyrəndikləri və istifadə etdikləri bir vərdiş ola bilər.

Psixopatologiya olaraq araşdırıldığında bu xüsusiyyət qarşıdakı insanı nəzarət altında saxlamağı hədəfləyən "Narsisistik Şəxsiyyət Pozğunluğu"nun sosiopatik xüsusiyyətləri olan və ya "Antisosyal Şəxsiyyət Pozğunluğu " olan insanların istifadə etdiyi bir üsul olaraq qarşımıza çıxır.

Gaslighting üsulları hansılardır?

Psixoloji manipulyasiyalar müxtəlif situasiyalarda baş verə bilər.

Gaslighting iş yoldaşları, ailə və ya romantik münasibətlər arasında baş verə bilər.

Bu vəziyyətlərin öhdəsindən gəlmək üçün ilk növbədə məruz qalmış vəziyyəti “tanımaq” vacibdir.

Psixoloji manipulyasiyanın bəzi nümunələri:

Yalanla manipulyasiya etmək

Dediklərini inkar etmək

Danışılan mövzunu təhrif etmək və istədiyi istiqamətə aparmaq

Yanlış istiqamətləndirmə

Hissləri və düşüncələri alçaltmaqmaq və ya əhəmiyyətsizləşdirmək

Manupilyasiya edilən şəxsə və/və ya onun ətrafına həmən şəxsin mental sağlamlığı haqqında yanlış məlumatlar vermək

Çaşdırmaqla manipulyasiya etmək

Təhqir etmək

Başqasını günahlandırmaq

Gaslighting-ə diqqət yetirməyin mümkün nümunələri hansılardır?

Gashlighting ilə məşğul olan insanların tez-tez işlətdiyi ifadələrdən bəziləri bunlardır:

"Sən şişirdirsən, mən sadəcə zarafat edirdim."

“Mən belə bir şey deməmişəm, sən uydurursan”.

'Yaxşısan? Özünü dəli kimi aparırsan”.

'Mən nə dediyini başa düşmürəm, bu anlaşılmazdır.'

“Mən başa düşmürəm ki, qadınlar/kişilər niyə bu qədər şişirdirlər”.

"Bu hadisə həqiqətən mən deyən kimi olub, yaddaşın çox pisdir".

'Sənin haqqında pis danışırlar, sənə çox yazığım gəlir'.

'Bu qədər həssas olma, bir az güclü ol, hər şeyə ağlama.'

'Hər şeyi mənim eləməyimi gözləyirsən?'

'Səni nə qədər sevdiyimi bilmirsən?'

"Sənə bu qədər dəyər verdiyim halda reaksiyana inana bilmirəm."

'Mən səni heç vaxt incitmərəm, necə belə düşünə bilərsən?'

'Sən sözün əsl mənasında uydurursan'

“Sən mənim ən qiymətlimsən, dediklərim sadəcə bir anlıq sözlər idi. Səni nə qədər sevdiyimi bilirsən, elə deyilmi?

'Həddindən artıq şişirdirsən, bunda qəbahət yoxdur.'

Gaslighting ilə necə başa çıxmaq olar?

Bu prosesin öhdəsindən gəlmək üçün yuxarıda qeyd olunan gaslighting üsullarını bilmək və onlardan xəbərdar olmaq böyük əhəmiyyət kəsb edir.

Gaslighting ani hadisələrlə müəyyən edilə bilməz. İnsanlar bir müddət yanıldılmış, aldadılmış və ya manipulyasiya edilmişdir.

Bu davranışlarla çaşqınlıq hissi keçirmə ehtimalı olan qurbanlar, duyduqları gündəlik hadisələri, tənqidləri və ya şübhəli vəziyyətləri qeyd edə, səslərini qeyd edə və ya hisslərinin arxasında dayanmaq üçün etibar etdikləri insanlarla paylaşaraq vəziyyəti təsdiqləyə bilərlər.

Hisslərə və zəkaya güvənmək bu prosesdə əsas addımlardan biridir.

Əsasən şəxsin tanıdığı və tez-tez ünsiyyətdə olduğu insan tərəfindən gaslighting təcrübəsinə məruz qalması, o insanla arasında məsafə saxlamağı biraz çətinləşdirə bilər.

Gaslighting-ə məruz qalmamaq üçün həmin şəxslərlə məsafə saxlamaq çətinləşirsə və ya bu manipulyasiyalardan sonra psixoloji zərərin olduğu düşünülürsə, mütəxəssisə müraciət olunaraq terapiya prosesinə başlamaq mümkündür.

Mövzuya görə xəbərlər