Miqrantların ölkəyə girişindən sonra Niderland höküməti istefa verib

Miqrantların ölkəyə girişindən sonra Niderland höküməti istefa verib

Bakı. TurkicWorld:

Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Niderland hökuməti istefa verib.

TurkicWorld-un məlumatına görə, hökümət 47 min miqrantın ölkəyə girişindən sonra istefa verib.

"Yaxın vaxtlarda hökumətin istefası krala təqdim olunacaq." - deyə Baş Nazir qeyd edib.

Rutte əlavə edib ki, hakim koalisiyanın dağılması miqrasiya siyasətindəki fikir ayrılıqları ilə bağlıdır.

Hollandiya Yayım Korporasiyası mənbələrə istinadən bildirib ki, hazırki Nazirlər Kabineti yeni parlament seçkiləri keçirilənə və yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.