Son dəqiqə

Qazaxıstan Hollandiya

Qazaxıstan və Hollandiya doqquz kommersiya sazişi imzalayıb

Bakı. TurkicWorld:

Qazaxıstan və Hollandiya arasında aqrar-sənaye kompleksi, səhiyyə, ekologiya, nəqliyyat və logistika sahələrində ikitərəfli əlaqələrin inkişafına yönəlmiş doqquz kommersiya sazişi imzalanıb.

TurkicWorld xəbər verir ki, imzalanma mərasimi Hollandiyanın Qazaxıstandakı səfirliyi və “KAZAKH INVEST” Şirkətinin dəstəyi ilə Astanada baş tutub.

Tərəflər həmçinin Qızılorda vilayətində karbon kreditləri, teletibb sahəsində layihələrin inkişafı və balıqçılığın inkişafı memorandumu imzalayıblar.

Mövzuya görə xəbərlər