Bakı. TurkicWorld:
İİV/QİÇS – Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) barədə ilk kliniki hesabat 1981-ci ildə verilib. O zaman söhbət ABŞ-da qeydə alınmış beş xəstəlik halından gedirdi. 1982-ci ilin sonuna qədər artıq bu ölkədə 771 nəfərdə QİÇS qeydə alınmışdı. Onlardan 618-i elə həmin il bu xəstəlikdən ölüb.
Günümüzdə 40 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir.
Əvvəllər belə düşünülürdü ki, QİÇS-ə homoseksual kişilər tutulur. Sonralar məlum oldu ki, xəstəliyin əhatə dairəsi daha genişdir və o yalnız cinci yolla deyil, həm də qan vasitəsi ilə və plasentar yolla da yoluxur.
Hesab olunur ki, xəstəlik ilk olaraq Afrikada, meymunlarda yaranıb. Günümüzdə də QİÇS-in ən çox yayıldığı region Saxaradan cənubda yerləşən ərazilərdir. CAR və Botsvanada 2017-ci ildə ölənlərin 25%-i məhz immun çatışmazlığı virusundan ölüb.
Bu gün QİÇS əvvəlki kimi öldürücü deyil. İllər ərizində inkişaf etdirilmiş müalicə metodları xəstəliyin təsirini əhəmiyyətli dərəcədə azaldıb. Britaniya və ABŞ-da hətta QİÇS-dən tamamilə sağalma halları da qeydə alınıb.






