Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

Antalya,TurkicWorld

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəldi.

TurkicWorld-un xüsusi müxbiri xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.

Mövzuya görə xəbərlər