Şuşa,TurkicWorld
Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.
TurkicWorld-un xüsusi müxbiri xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib.
"44 gün ərzində Siz - əziz qardaşım və qardaş türk xalqı bizim yanımızda idi", - deyən dövlətimizin başçısı vurğulayıb ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və onun telefon söhbəti bütün dünyaya qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi.







