Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri avqustun 24-də başa çatıb.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistandan Azərbaycana yola düşüblər.

Buxara Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar.

Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat və humanitar əməkdaşlığın inkişafı ilə bağlı mühüm görüşlər keçirilib.

Səfər zamanı Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə danışıqlar aparılıb, ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətləri nəzərdən keçirilib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Mövzuya görə xəbərlər