Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirib

BAKI,TurkicWorld

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olub. Bu zaman ailənin balaca üzvü Gülər Prezident İlham Əliyevdən traktor istəyib.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev balaca Gülərin arzusunu reallaşdırıb.

Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor təqdim olunub.

Bununla bağlı AzTV-nin çəkdiyi reportajı təqdim edirik:

Mövzuya görə xəbərlər