BAKI,TurkicWorld
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəldi.
TurkicWorld - un xüsusi müxbirinin xəbərinə görə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.
Sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keç



