BAKI,TurkicWorld
Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri vizadan azad ediliblər.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi qanunda öz əksini tapıb.
Qanunun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sənədə əsasən, 2026-cı il mayın 4-də Kito şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.



