Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Davos

Prezident İlham Əliyev: Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırırıq ki, ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik

BAKI, TurkicWorld

Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

“Çirklənmə, karbon emissiyaları - bütün bunları biz gözlərimizlə görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə yanaşılmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Mövzuya görə xəbərlər