Son dəqiqə

Prezident İlham Əliyev

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair sənəd təsdiq edilib

BAKI,TurkicWorld

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Mövzuya görə xəbərlər