Son dəqiqə

Prezident İlham Əliyev

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib - Fərman

Bakı. TurkicWorld:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Əsasnamədən Komissiyanın nəzdində daimi fəaliyyət göstərən katibliyin funksiyalarını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həyata keçirməsi ilə bağlı müddəa çıxarılıb.

Dövlət Başçısı müvafiq Fərmanın icrası ilə bağlı Sərəncam imzalayıb.

Mövzuya görə xəbərlər