Son dəqiqə

Prezident İlham Əliyev

Azərbaycan və Somali arasında müdafiə sahələrində əməkdaşlıq Sazişi təsdiqlənib

Bakı. TurkicWorld:

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiqlənib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Mövzuya görə xəbərlər