Bakı, TurkicWorld
Azərbaycan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir.
TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanladığı təbrik məktubunda bildirib.
"Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. Cari ilin yanvarında Davosda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir", - dövlət başçısı qeyd edib.