Son dəqiqə

Prezident İlham Əliyev

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

TurkicWorld xəbər verir ki, sənədə əsasən, Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.

Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Mövzuya görə xəbərlər