Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Filippin liderinə təbrik məktubu göndərib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa təbrik məktubu göndərib.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Filippin əlaqələrinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Mövzuya görə xəbərlər