Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Bakı. TurkicWorld:

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib.

TurkicWorld xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası ictimai-siyasi, iqtisadi və sosial sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etmişdir.

Müxtəlif istiqamətlər üzrə yaranmış qarşılıqlı faydalı Azərbaycan-Türkmənistan əməkdaşlığının yüksək səviyyəsini qeyd etmək istərdim. Tam əminəm ki, bizim münasibətlərimiz iki ölkənin xalqları naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm".