Son dəqiqə

Prezident İlham Əliyev

Viktor Orban Prezident İlham Əliyevi təbrik edib

BAKI,TurkicWorld

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Macarıstanın həm sülh dövründə, həm də son onilliklərdəki böhran dövründə Azərbaycana güvənə bilməsinə görə minnətdarlığımı bildirirəm. İkitərəfli münasibətlərimiz ildən-ilə daha da güclənməkdə davam edir. Əməkdaşlığımız genişlənərək bir çox əsas sahəni, xüsusilə də enerji sektorunu əhatə edir.

Zati-alinizin şəxsi töhfələri sayəsində xalqlarımız arasında münasibətlərdə yeni bir dövr başlanmışdır və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizi əmin etmək istərdim ki, hökumətim tərəfdaşlığımızın dərinləşməsinə və xalqlarımızın ortaq maraqlarının irəliləməsinə sadiqdir.

Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram".

Mövzuya görə xəbərlər