Qırğızıstan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi artıb

Qırğızıstan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi artıb

Bakı. TurkicWorld:

Ötən ilin yekunlarına görə, Qırğızıstan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 40,8 faiz artıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Qırğızıstan Respublikası Nazirlər Şurasının sədri Akikbek Çaparov Qırğızıstan-Rusiya hökumətlərarası komissiyasının iclasında deyib.

“İki ölkə arasında ticari-iqtisadi əlaqələrdə müsbət nəticələri görmək sevindiricidir. Qarşılıqlı ticarətin həcmi ildən-ilə artır. Belə ki, ötən ilin yekunlarına görə, ikitərəfli ticarətin həcmi 40,8 faiz artaraq 3 milyard 234 milyon ABŞ dollarına çatıb. Biz iki ölkənin regionları və subyektləri arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı və regionlararası əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şərait yaratmalıyıq”, - deyə Akikbek Caparov bildirib.

Məlumat üçün bildirək ki, Qırğızıstan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ildə 2 milyard ABŞ dollarını keçib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur.