Bakı, TurkicWorld
Qol güləşi üzrə Qırğızıstan yığması Moldovada keçirilən dünya çempionatında 11 medal qazanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Qol Güləşi Federasiyası məlumat yayıb.
Federasiyanın məlumatına görə, avqustun 15-dən 25-dək Kişinyov şəhərində qol güləşi üzrə dünya çempionatı keçirilir. Yarışda 61 ölkədən idmançılar iştirak edir.
Qeyd olunub ki, Qırğızıstanın qol güləşi üzrə yığma komandası bir qızıl, doqquz gümüş və bir bürünc medal qazanıb.
“Qol güləşi idmançılarımıza təkcə idmanda deyil, ictimai həyatın digər sahələrində də yeni yüksək hədəflərə çatmağa kömək edir.” - deyə məluamtda bildirilib.
Hafiz Rufizoğlu