Bakı,TurkicWorld
Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi – Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell ilə ikitərəfli görüşlər keçirib.
TurkicWorld xəbər verir ki, görüşdə tərəflər Avropa İttifaqı ilə Qırğızıstan arasında siyasi, iqtisadi və mədəni qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər həmçinin regional təhlükəsizlik, iqlim dəyişikliyi və regionun inkişafına yönəlmiş təşəbbüslərə dəstək məsələlərini müzakirə ediblər.
“Müntəzəm təmaslar ikitərəfli əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək üçün ümumi istəyi əks etdirir. Qırğızıstanın nəqliyyat, hidroenergetika, kritik faydalı qazıntılar və s. bu sahələrdə böyük layihələrin həyata keçirilməsi üçün Avropa texnologiyaları və investisiyalarına ehtiyac var”,- deyə nazir qeyd edib.
Borrell isə öz növbəsində əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış sazişə diqqət çəkib və qeyd edib ki, Avropa İttifaqı Qırğızıstanla bütün qarşılıqlı faydalı sahələrdə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.