Son dəqiqə

Rusiya Qırğızıstan

Qırğızıstanda 14 il əvvəl milis əməkdaşlarını öldürməkdə şübhəli bilinən şəxs Rusiyada saxlanılıb

Bakı, TurkicWorld

Qırğızıstanda 2010-cu ildə iyun hadisələri zamanı milis əməkdaşlarını öldürməkdə şübhəli bilinən şəxs Rusiyada saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü şəxs uzun müddət digər dövlətin ərazisində gizlənib.

"Şübhəli şəxs Qırğızıstana ekstradisiya olunaraq həbs edilib", - Qırğızıstan DİN-in məlumatında deyilir.

Qeyd olunub ki, şübhəli şəxs Qırğızıstan DİN-in Rusiyadakı nümayəndəliyi, MDB-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Koordinasiya Bürosu və Qırğızıstanın Baş Prokurorluğu, eləcə də Moskva vilayətinin Odintsovo şəhərinin Daxili İşlər İdarəsi və Oş vilayətinin Daxili İşlər İdarəsinin köməyilə saxlanlıb.

Mövzuya görə xəbərlər