Bişkekdə Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi ilə Avstriya Respublikasının Federal Avropa və Beynəlxalq İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr baş tutub.
AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qırğızıstan və Avstriya arasında ticarət-iqtisadi və investisiya, o cümlədən yaşıl iqtisadiyyat, iqlim, dağ-mədən sənayesi əməkdaşlığının gündəliyinə dair məsələlərə xüsusi diqqət yetirilib.
Danışıqlar zamanı nümayəndə heyətlərinin rəhbərləri hüquqi bazanın genişləndirilməsi, konsulluq məsələləri və mədəni-humanitar qarşılıqlı fəaliyyət mövzularına toxunublar.
Tərəflər həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlər, o cümlədən Əfqanıstan, Ukrayna və Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.