UNICEF Qırğızıstanda 100 məktəbi kompüter sinifləri ilə təchiz edib

UNICEF Qırğızıstanda 100 məktəbi kompüter sinifləri ilə təchiz edib

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qırğızıstanda 100 məktəbi kompüter sinifləri ilə təchiz edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Avadanlıq Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən keyfiyyətli təhsilin təmin edilməsi və COVID-19-un təhsil sisteminə təsirinin azaldılması layihəsinin bir hissəsi kimi təqdim edilib.

Layihə Bişkek, Oş şəhərlərində və ölkənin regionlarında yeni tikilən məktəbləri əhatə edib.

Layihənin smeta dəyəri 58 milyon somdan (650 min ABŞ dolları) çox olub.

Qeyd edək ki, bu kompüter sinifləri sayəsində Qırğızıstanda 217 məktəbdə uşaqlar üçün rəqəmsallaşma və rəqəmsal təhlükəsizlik üzrə ilk genişmiqyaslı onlayn dərs keçirilib.

X: Lamanasadli01